Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun təşkilata ayırdığı 15488 saylı institutsional dəstək layihəsi çərçivəsində regionlarda qadınların maarifləndirilməsi, onların bilik və bacarıqlarının atırılması məqsədilə 4 mövzu üzrə ekspertlərlə birgə görüşlər keçirməyi nəzərdə tutmuşdur. Bu mövzular aşağıdakılardan ibarətdir: 1. Məişət zorakılğı və onu yaradan əsas səbəblər; 2.Uğur qazanmış qadın iş adamı ilə görüş; 3.Gender bərabərliyi və qadın hüquqlarının əsasları, sərəncamlar, qanunlar və konvensiyalar; 4.Liderliyin formalaşmasında psixoloji amillər.
18-19-26 dekabr 2009-cu il tarixlərində Neftçala, Lənkəran və Kürdəmir rayonlarında region qadınlarının maarifləndirilməsi məqsədilə Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyinin fəaliyyətinin davamı olaraq uğur qazanmış qadın iş adamı ilə görüş mövzusu üzrə nəzərdə tutulan ikinci görüşlər baş tutmuşdur.
Görüşlərdə Gender Bərabərliyi Qadın Təşəbbüsləri İctimai Birliyinin səlahiyyətli üzvləri Gülarə Əfəndiyeva, Nizami Heydərov və uğur qazanmış qadın iş adamı olan Ağamirzəyeva Fatimət ekspert kimi iştirak etmişlər.
Ağamirzəyevə Fatimət xalçaçılıq üzrə tanınmış iş adamıdır. O, qadınlara fəaliyyətlərindən, qarşılaşdığı maneələrdən, həmin maneələrin aradan qaldırılması yollarından və qazandığı uğurlardan söhbət açmış, qadınları stimullaşdırmış və onların yüksək marağına səbəb olmuşdur.
Həmçinin mövzu üzrə təşkilat tərəfindən rüblük bülleten hazırlanaraq qadınlar arasında paylanılmışdır. Büllütün qadın sahibkarlıqla bağlı milli və beynəlxalq qanunvericiliyi, sahibkarlığın inkişafına dair maraqlı materialları, ölkədə və xaricdə baş vermiş region qadınlarının marağına səbəb olan xəbərləri və s. özündə əks etdirir.
GBQT İB Mətbuat Xidməti
Tel:497-6568
Email:
VIDEO
30Iyul, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-in apardığı monitorinin nəticələri XƏZƏR TV-də
30Iyul, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-in fəaliyyəti barədə LİDER TV-nin süjeti
8 May, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB "Məişət zorakırlıği haqqında" Qanun layihə-si ətrafında dəyirmi masa keçirdi
Hesabatlar və Nəşrlər
Siyasətdə və Dövlət Əhəmiyyətli Qərarların Verilməsində Qadın və Kişilərin Balanslaş-dırılmış İştirakına Dair Avropa Şurasının Nazirlər Komitəsinin Tövsiyələrinin Rec 2003(3) Azərbaycan Respublikasında yerinə yetirilməsinin monitorinqinin nəticələri haqqında HESABAT
“Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Növ Formalarının Ləğv Edilməsi Haqqında” Konvensiyanın Azər-baycanda həyata keçirilməsinin monitorinqi və alternativ HESABAT
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB
2008-ci ildə tanıtım BUKLETİNİ nəşr edib