Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB |
|||
Azərbaycanda gender bərabərliyi uğrunda! |
|||
|
|||
|
|||
Üç günlük seminarda aşağıdakı mövzular müzakirə edilib:
“İCTİMAİ AKTİV LİDERLİK” mövzusunda qadınlar üçün təlimlər GBQT İB 2008-ci ilin noyabr ayında Kürdəmir, Neftçala və Lənkəran rayonlarında qadınlar üçün İctimai Fəal Liderlik mövzusunda təlimlər keçirmişdir. Təlimin məqsədi yerlərdə qadınların ictimai fəallığını artırmaq, onları cəmiyyətin, ictimai həyatın işində yaxından iştirak etməyə, təşəbbüskarlığı öz üzərlərinə götürməyə sövq etmək idi. Həmçinin onların yerli özünüidarədə iştirakına, xüsusilə məhəllə komitələrinin əhəmiyyətini, təşkili mexanizmini və fəaliyyət qaydalarını onlara dərk etdirmək, onların yerli bələdiyyə, Milli Məclis və Prezident seçkilərində fəallığını müəyyənləşdirmək idi. Kürdəmir rayonunda keçirilən təlim zamanı iştirakçılar rayonda mövcud olan problemləri müzakirə edərkən yayılmaqda olan QİÇS xəstəliyi, imkansız hamilə qadınlara pulsuz məsləhətlərin verilməsi, uşaqların dərslərdən yayınması, qadın hüquqlarının pozulması, idarəetmə orqanlarında qadınların sayının artırılması, rayon mətbuatında qadın problemlərinin qabardırılması və s.məsələləri bildirdilər.
Təlimdə icma əsaslı qruplar, Qeyri -hökumət təşkilatları, Məhəllə Komitələri haqqında söhbət edildi. İştirakçılar onları bir birindən fərqləndirir, hüquqi cəhətlərini aşkara çıxarırdılar. Xüsusilə Məhəllə komitələrinin strukturu, təşkili qaydası və qeydə alınma formasını müəyyənləşdirdilər. Şəkildə: Lənkəran rayonu 28-29 noyabr 2008-ci il ------“İNKİŞAF ÜZRƏ ƏMƏKDAŞLIQ VƏ GENDER”------- GBQT İB-nın üzv olduğu Beynəlxalq Gender Siyasəti Şəbəkəsi çərçivəsində Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi tərəfindən İnkişaf üzrə əməkdaşlıq və gender adlı layihə həyata keçirilmişdir.
------“Məcburi Köçkün Qadınlarla İşləyən Təlimçilər üçün Təlim”------- Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi PRAXİS Sosial İnkişafa Dəstək İctimai Birliyinin əməkdaşlığı və Equitas Beynəlxalq İnsan Hüquqları Təhsili Mərkəzinin dəstəyi ilə “Məcburi Köçkün Qadınlarla İşləyən Təlimçilər üçün Təlim” layihəsini həyata keçirir. |
VIDEO | ||
30 Iyul, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-in apardığı monitorinin nəticələri XƏZƏR TV-də 30 Iyul, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-in fəaliyyəti barədə LİDER TV-nin süjeti 8 May, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB "Məişət zorakırlıği haqqında" Qanun layihə-si ətrafında dəyirmi masa keçirdi |
|||
Hesabatlar və Nəşrlər | |||
“Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Növ Formalarının Ləğv Edilməsi Haqqında” Konvensiyanın Azər-baycanda həyata keçirilməsinin monitorinqi və alternativ HESABAT |
|||
|
|||
|
|||
Bülletenlər | Qanunvericilik | ||
- Rüblük Bülleten (3)
|
Gender Bərabərliyinin Təminatları Haqqında AR QanunuAR Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı haqqında
|
||
|
|||
GBQT Mediada | Tərəfdaşlar | ||
Olaylar İA - “Məişət Zorakılığının Qarşısının Alınması”, Qanun layihəsini təkmilləşdirməyə ehtiyac var Presspost qəzeti - “Məişət Zorakılığı və “Məişət Zorakılığının Qarşısının Alınması Haqqında” APA - "Bakıda gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi mövzusunda dəyirmi masa keçirilib"
|
Açıq Cəmiyyət İnstitutu Yardım Fondu
|
||
Bütün hüquqlar qorunur © 2009 Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB. Sayt CMedia Design Group tərəfindən yaradılıb. |
|||