Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB

  AZ   ENG   RU    


Azərbaycanda gender bərabərliyi uğrunda!
site search by freefind
     

  

 

 

Pres-Reliz

02/07/2010

Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT İB) 2 iyul, 2010-cu il tarixində saat 10:00-dan 13:00-a qədər Hyatt Tower I (İzmir küçəsi 1033) “Əmirov” zalında 2009-cu il layihələrinin nəticələri ilə bağlı konfrans keçirmişdir. Konfransa dövlət strukturlarının, yerli və beynəlxalq QHT-nin, beynəlxaq təşkilatların, xarici ölkə səfirliklərinin və kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri iştirak etmişdir.

Konfransı giriş sözü ilə Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyinin icraçı direktoru Ülviyyə Məmmədova təşkilatın 2009-cu il üzrə fəaliyyətinin yekunlarının və təşkilatın əldə etdiyi ən mühüm nailiyyətləri haqqında təqdimat etdi.

Tədbirdə həmçinin “Gender meynstriminqi: Vətəndaş Cəmiyyətinin Rolu” adlı kitabın təqdimatı keçirildi. Hesabat xarakterli kitabda GBQT İB tərəfindən həyata keçirilmiş Milli Gender Mexanizminin Monitorinqinin nəticələri əks olunmuşdur. Monitorinq və onun nəticələri haqqında təqdimat həmin monitorinqin eksperti xanım Yelena Qasımova tərəfindən edildi.

Daha sonra gender üzrə təlimçi və və GBQT İB-nin Gülarə Əfəndiyeva GBQT İB-nin regionlardakı fəaliyyəti haqqında əlavə məlumat verdi. Konfransda həmçinin GBQT İB-nin bölgələrdə fəaliyyəti zamanı əməkdaşlıq etmiş nümayəndələr də çıxış etdi.

Təqdimatlar sual-cavab sessiyası və şərhlərlə davam etdi.

Tədbirdə iştirak edənlər və maraqlı fikirlərlə çıxış edənlər arasında BMT-nin İnformasiya Departamentinin rəhbəri Envera Selimoviç, Ombudsman aparatının sektor müdiri Yeganə Cəfərova, Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Gülşən Paşayeva və s. iştirakçılar var idi. Görüşdə həmçinin Milli Məclis Aparatından Elçin Quliyev, baş prokurorluğun əməkdaşı və digər qonaqlar da iştirak edirdi.

GBQT İB Mətbuat Xidməti

Tel: 497-6568

Email:

 

VIDEO

    30 Iyul, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-in apardığı monitorinin nəticələri XƏZƏR TV-də


30 Iyul, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-in fəaliyyəti barədə LİDER TV-nin süjeti


8 May, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB "Məişət zorakırlıği haqqında" Qanun layihə-si ətrafında dəyirmi masa keçirdi
Hesabatlar və Nəşrlər

 
Siyasətdə və Dövlət Əhəmiyyətli Qərarların Verilməsində Qadın və Kişilərin Balanslaş-dırılmış İştirakına Dair Avropa Şurasının Nazirlər Komitəsinin Tövsiyələrinin Rec 2003(3) Azərbaycan Respublikasında yerinə yetirilməsinin monitorinqinin nəticələri haqqında HESABAT
 

“Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Növ Formalarının Ləğv Edilməsi Haqqında” Konvensiyanın Azər-baycanda həyata keçirilməsinin monitorinqi və alternativ HESABAT

 


Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB
2008-ci ildə tanıtım BUKLETİNİ nəşr edib

 

  Bülletenlər Qanunvericilik


 - Rüblük Bülleten (1)
 (İyul, Avqust, Sentyabr 2009)

 
 - Rüblük Bülleten (2)
 (Oktyabr, Noyabr, Dekabr
2009)

 - Rüblük Bülleten (3)
 (Yanvar, Fevral,
Mart 2010)

 

Gender Bərabərliyinin Təminatları Haqqında AR Qanunu

AR Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı haqqında
AR Nazirlər Kabinetinin Qərarı

“Gender (kişi və qadınların) Bərabərliyinin təminatları haqqında” AR Qanununun tətbiq edilməsi barədə AR Prezidentinin Fərmani

AR-da Dövlət Qadın Siyasətinin Həyata Keçirilməsi Haqqında
AR Prezidentinin Fərmanı

ardı  

 


 

GBQT Mediada Tərəfdaşlar


GBQT İB haqqında internet və çap mediasında müntəzəm olaraq məlumatlar yayımlanır...

Azadlıq Radiosu - "İşdən sonra" verilişinin qonağı GBQT İB-in icraçı direktoru Ülviyyə Məmmədovadır

Olaylar İA - “Məişət Zorakılığının Qarşısının Alınması”, Qanun layihəsini təkmilləşdirməyə ehtiyac var

Presspost qəzeti - “Məişət Zorakılığı və “Məişət Zorakılığının Qarşısının Alınması Haqqında”

APA - "Bakıda gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi mövzusunda dəyirmi masa keçirilib"


 



Açıq Cəmiyyət İnstitutu Yardım Fondu

 

 
 
  Bütün hüquqlar qorunur © 2009
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB.
Sayt CMedia Design Group tərəfindən yaradılıb.
     
rss
Карта