Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB |
|||
Azərbaycanda gender bərabərliyi uğrunda! |
|||
|
|||
|
|||
Press-Release 08/05/2009 Dəyirmi Masanın keçirilməsində məqsəd əsasən qanun layihəsinin müzakirəsini ictimailəşdirmək, onun təkmilləşdirilməsi istiqamətində səylərin fikir mübadiləsi yolu ilə birləşdirilməsi və qanun layihəsinin qəbul olunmasına təkanverici rol oynamaq idi. Dəyirmi Masanın məqsədi həm də Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyinin (GBQT İB) təşəbbüsü və təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən İnsan Hüquqları üzrə Vəkillər(Advocates for Human Rights) təşkilatının hüquqşünasları tərəfindən “Məişət Zorakılığının Qarşısının Alınması Haqqında” qanun layihəsi üzərində apardığı təhlil və hazırlanmış rəy və təkliflərin ictimaiyyətə təqdim edilməsi idi. Dəyirmi Masaya Milli Məclisin insan hüquqları üzrə qanunvericilik sektoru və digər aidiyyatı şöbələri, Ailə, Qadın, Uşaq məsələləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı, Daxili İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsi, Respublika Baş Prokurorluğunun İctimaiyyətlə Əlaqələr Şöbəsi, mövzu üzrə çalışan yerli QHT-lər və gender bərabərliyi və qadın haqları sahəsində çalışan digər təşkilatlar, beynəlxalq təşkilatların nümayəndəlikləri və s. dəvət olunmuşdular. Yuxarıda adı çəkilən dəvətlilərdən Milli Məclisin İnsan Hüquqları üzrə Qanunvericilik sektorunun müdiri Emil Tağıyev, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elgün Səfərov, Ombudsman aparatından Mahir Məmmədov, vətəndaş cəmiyyəti nümayəndələri və s. iştirak etdilər. Tədbir 8 may Şuşanın alınmasının ildönümü günü münasibətilə Şuşada həlak olan həmvətənlərimizin ruhunun yad edilməsi ilə açıldı. Daha sonra əsas mövzuya keçildi. Tədbir əvvəlcədən müəyyən edilmiş proqramdan kənara çıxılmalı olmasına baxmayaraq qızğın müzakirə şəraitində davam etdi. Həm məişət zorakılığı sahəsində çalışan vətəndaş cəmiyyəti nümayəndələri, həm müvafiq dövlət qurumu nümayəndələri məişət zorakılığı sahəsində görülmüş işlər və qanun layihəsində təkmilləşdirməyə ehtiyac olan sahələr üzrə fikir mübadiləsi etdilər. GBQT İB-nin məişət zorakılığı sahəsində atacağı növbəti addım Advocates for Human Rights təşkilatı ilə birgə hazırlanmış rəy və təkliflərin Milli Məclisə rəsmi şəkildə təqdim edilməsi və onun lobbiçiliyini aparmaqdan ibarətdir.
Tel: 497-6568 Email:
|
VIDEO | ||
30 Iyul, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-in apardığı monitorinin nəticələri XƏZƏR TV-də 30 Iyul, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-in fəaliyyəti barədə LİDER TV-nin süjeti 8 May, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB "Məişət zorakırlıği haqqında" Qanun layihə-si ətrafında dəyirmi masa keçirdi |
|||
Hesabatlar və Nəşrlər | |||
“Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Növ Formalarının Ləğv Edilməsi Haqqında” Konvensiyanın Azər-baycanda həyata keçirilməsinin monitorinqi və alternativ HESABAT |
|||
|
|||
|
|||
Bülletenlər | Qanunvericilik | ||
- Rüblük Bülleten (3)
|
Gender Bərabərliyinin Təminatları Haqqında AR QanunuAR Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı haqqında
|
||
|
|||
GBQT Mediada | Tərəfdaşlar | ||
Olaylar İA - “Məişət Zorakılığının Qarşısının Alınması”, Qanun layihəsini təkmilləşdirməyə ehtiyac var Presspost qəzeti - “Məişət Zorakılığı və “Məişət Zorakılığının Qarşısının Alınması Haqqında” APA - "Bakıda gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi mövzusunda dəyirmi masa keçirilib"
|
Açıq Cəmiyyət İnstitutu Yardım Fondu
|
||
Bütün hüquqlar qorunur © 2009 Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB. Sayt CMedia Design Group tərəfindən yaradılıb. |
|||